“Yaxın dostlarımızla təcrübəmizi bölüşməyə hazırıq”- Zakir Həsənov

  26 İyun 2021    Oxunub :579
   “Yaxın dostlarımızla təcrübəmizi bölüşməyə hazırıq”-    Zakir Həsənov
“Cənab Prezident İlham Əliyevin Azərbaycan Ordusunda apardığı islahatlar, ordumuzun silahlanması, gecə-gündüz təlimlərinin nəticəsi olaraq əsgər və zabitlərimiz döyüşlərdə yüksək peşəkarlıq nümayiş etdirdi”.
Azvision.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov “Real” TV-ə müsahibəsində deyib. Nazir qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı şəxsi heyət yüksək səviyyədə vətənpərvərlik nümayiş etdirdi ki, sonda hər kəs bütün bunların nəticəsini gördü. O, Azərbaycanın dost ölkələrlə uğurlu müharibə təcrübəsini bölüşməyə hazır olduğunu da vurğulayıb.

“Dünya Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində həyata keçirdiyi əməliyyatları dərindən öyrənir. Bizə çoxlu sayda müraciətlər daxil olur. Təbii ki, bəzi məxfilikləri nəzərə almaqla yaxın dostlarımızla öz təcrübəmizi bölüşməyə hazırıq”.

Zakir Həsənov həmçinin qeyd edib ki, təlimlərlə Türkiyə Silahlı Qüvvələrinin zabitləri bizim zabitlərin döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün dəstək olurdular:

"Mülki dillə ifadə etsək, müharibə Silahlı Qüvvələr üçün bir imtahandır. İmtahanı biz verdik, amma bizi bu imtahana Türkiyə Silahlı Qüvvələri hazırlaşdırırdı. Bizim zabitlər Türkiyədə hərbi təhsil alırdı, hissə və birləşmələrimiz təlimlər keçirdi. Möhtərəm cənab Prezident keçən il çıxışında hərbi əməkdaşlıqdan danışarkən dedi ki, təkcə 2019-cu ildə 13 irimiqyaslı birgə hərbi təlimlər keçirilib. Bu təlimlər ona görə keçirilirdi ki, Türkiyə Silahlı Qüvvələrinin zabitləri bizim zabitlərin döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün dəstək olurdular".

Azvision.az

Teqlər: Nazir   Müharib   Zakir-Həsənov  






Xəbər lenti