İmişlidə yanğında beş polis tüstüdən zəhərlənib - FOTO

İmişlidə yanğında beş polis tüstüdən zəhərlənib -  FOTO
  26 İyun 2021    Oxunub:1589
İyunun 25-də İmişli rayonundaki bazarda baş verən güclü yanğının qarşısının alınmasına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri ilə yanaşı, rayon polis şöbəsinin əməkdaşları da cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, alovun qarşısının alınması zamanı polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənərək müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda onların vəziyyətləri qənaətbəxşdir.




Azvision.az



Teqlər:





Xəbər lenti