Rusiyada helikopter çimərliyə endi- VİDEO

Rusiyada helikopter çimərliyə endi-   VİDEO
  26 İyun 2021    Oxunub:1034
Rusiyada maraqlı hadisə baş verib.
Azvision.az xəbər verir ki, Tatarıstanda insanlar çimərlikdə dincələn zaman gözlənilmədən helikopter sahilə enib. Sosial şəbəkələrdə yayılan görüntüdən sonra prokurorluq araşdırmalara başlayıb.

Qeyd edilir ki, birbaşa insanların istirahət etdiyi sahilə eniş edən helikopter əvvəlcə çimərliyə gələnlərdə şok effekti yaradıb.

"Sosial şəbəkələrdə videonu çəkib paylaşan şəxs deyib ki, helikopter çimərlikdə uzun müddət qalmayıb. Pilot insanlarla salmlaşıb, qəhvə içib və daha sonra uçuşa davam edib. Video Tatarıstanın Laişevo şəhərində çəkilib",-deyə Rusiya KİV-ləri yazıb.



Tural Tağıyev

Azvision.az



Teqlər: Helikopter   Tatarıstan   Çimərlik  





Xəbər lenti