Azərbaycanda daha 40 nəfər virusa yoluxub

   Azərbaycanda daha 40 nəfər virusa yoluxub
  27 İyun 2021    Oxunub:937
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 335 836 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib. Aktiv xəstə sayı 784 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 231, bu günə qədər isə ümumilikdə 3 728 712 test icra olunub.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti