“Avro-2020”: Bakıda keçirilən 1/4 final matçının ikinci iştirakçısı müəyyən olunub

 “Avro-2020”:  Bakıda keçirilən 1/4 final matçının ikinci iştirakçısı müəyyən olunub
  27 İyun 2021    Oxunub:1625
İyunun 27-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinin daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena" stadionunda keçirilən görüşdə Niderland millisi Çexiya seçməsi ilə qarşılaşıb.

Oyun Çexiyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Çexiya 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Çexiya millisi növbəti mərhələdə Danimarka seçməsi ilə qarşılaşacaq. Həmin görüş iyulun 3-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq.

Mərhələni keçən kollektiv dörddəbir finalda İtaliya ilə görüşəcək.

Azvision.az



Teqlər: Avro-2020   Çexiya  





Xəbər lenti