İstirahət günü 9 nəfər xilas edilib

  28 İyun 2021    Oxunub :356
İstirahət günü 9 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 118 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 9 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib.

Azvision.az

Teqlər: FHN  






Xəbər lenti