Vüqar Bayramov: “İqtisadi müstəqillik uğurlarımızın əsas amillərindəndir”

      Vüqar Bayramov:    “İqtisadi müstəqillik uğurlarımızın əsas amillərindəndir”
  28 İyun 2021    Oxunub:1229
Bu il Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd etdi. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusudur.
Bunu Azvision.az -a Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, bu qələbəni təmin etmək üçün isə ölkəmizdə və beynəlxalq müstəvidə uzun illərdir böyük hazırlıq işləri görülürdü.

"Cənubi Qafqaz tarixən həssas bölgə hesab edilir. Bu regionda tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmək üçün beynəlxalq dəstək çox vacibdir. Son illər ərzində aparıcı beynəlxalq təşkilatların bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etməsi də qələbəni təmin edən uğurlar sırasında idi.

Bütün bunlarla yanaşı, ölkənin strateji mövqeyi və iqtisadi gücü də əsas faktorlardan hesab olunur. Ordu quruculuğunda iqtisadi potensial əsas amillərdən sayılır. İqtisadi müstəqillik ölkənin əsas uğurlarındandır".

Deputat qeyd edib ki, son illər Azərbaycanın xarici borcu limitini tənzimlənməsi iqtisadi müstəqillik baxımdan vacib idi.
"CEİC Qlobal İnformasiya Bazasının məlumatına görə, 2020-ci ildə xarici borcun nominal ÜDM-də payı Azərbaycanda 20 faiz olduğu halda, Emənistanda hətta nominal iqtisadiyyatın həcmindən belə çox olub. Bu isə o deməkdir ki, düşmən ölkənin hətta nominal ÜDM-i onun xarici borcunu qaytarmaq üçün kifayət etmir. Bu kontekstdən hər bir zəfər üçün iqtisadi müstəqillik əsas amillərdən biri hesab olunur".

V.Bayramov bildirib ki, artıq Azərbaycan quruculuq mərhələsinə qədən qoyub.

"Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın bərpa və yenidən qurulması fonunda iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatlar daha da dərinləşəcək. Zəfərimiz iqtisadiyyatın daha da inkişafı üçün də yeni imkanlar yaradacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan-Ordusu  





Xəbər lenti