ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatdı

  28 İyun 2021    Oxunub :413
ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatdı
ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Miami-Dade dairəsinin başçısı Daniella-Livayn Kava bildirib. O, 151 nəfərin taleyinin naməlum qaldığını bildirib.

"Axtarışlar gecə boyu davam edib. Daha bir nəfərin cəsədi tapılıb. Beləliklə, ölənlərin sayı 10 nəfər oldu. Xilasetmə əməliyyatı davam edir. Dağıntıları təmizləmək üçün ağır texnikadadan da istifadəyə başlayacaqlar".

Qeyd edək ki, mayın 24-də Mayaminin bir hissəsi olan Serfsayd şəhərciyində 12 mərtəbəli binanın bir hissəsi çöküb. Rəsmi qurumlar yaşayış kompleksindəki 130 mənzildən təxminən yarısının dağıldığını bildiriblər.

Azvision.az

Teqlər: ABŞ   Bina  






Xəbər lenti