ABŞ vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı

   ABŞ vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı
  29 İyun 2021    Oxunub:994
ABŞ Dövlət Departamenti vətəndaşlarına Rusiya Federasiyasına getməməyi tövsiyə etdi.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilir ki, terrorizm təhlükəsi, Rusiya hüquq-mühafizə orqanları işçilərinin təqibləri, səfirliyin Rusiyadakı ABŞ vətəndaşlarına kömək etmək imkanlarının məhdudlaşdırılması səbəbindən bu ölkəyə səfər etmək məsləhət bilinmir.

Dövlət Departamenti qeyd edir ki, əvvəllər Rusiyaya gedən, yaxud orada yaşayan keçmiş və hazırkı dövlət məmurları, hərbi qulluqçular, mülki vətəndaşlar, sahibkarlar artıq yerli rəsmilər tərəfindən dindirilib, yaxud təhdid edilib.

Tural Tağıyev


Azvision.az



Teqlər: ABŞ   Səfər   Rusiya   Tövsiyyə  





Xəbər lenti