Beyrutda "Sputnik"in jurnalistini döydülər -VİDEO

Beyrutda "Sputnik"in jurnalistini döydülər   -VİDEO
  29 İyun 2021    Oxunub:1113
Rusiyanın "Sputnik" agentliyinin müxbiri Abed Əl-Bai Livanın paytaxtı Beyrutda döyülüb.
Azvision.az xəbər verir ki, o Fələstin hərəkatı olan "Fəth" tərəfdarları və müxaliflərin təşkil etdiyi mitinq zamanı fiziki təzyiqlərə məruz qalıb.

Jurnalist Fələstin səfirliyinin qarşısında təşkil edilən aksiyanı lentə alırmış. Müxbir bir qrup insanın gənci döyməsini çəkməyə başlayarkən arxa planda "sən bunu kimin üçün çəkirsən?" sualı eşidilib.
"Hücum edənlər fotoaparatımı almağa çalışsalar da, onu bədənimə bağladım. Başıma və bədənimə vurdular. İndi özümü nisbətən yaxşı hiss edirəm. Sifətimə və əllərimə xəsarət yetirmişdilət", - jurnalist bildirib.
Jurnalistin sözlərinə görə, çəkilişlərə başlamazdan əvvəl "Fəth" təmsilçisi ilə aksiyanı işıqlandıracağı barədə danışıb və Hərəkat təmsilçisi buna etiraz etməyib.



Tural Tağıyev


Azvision.az



Teqlər: Beyrut   Jurnalist   Aksiya  





Xəbər lenti