Rusiyada "Delta plyus" ştammı qeydə alınıb

Rusiyada "Delta plyus" ştammı qeydə alınıb
  29 İyun 2021    Oxunub:864
Rusiyada koronavirusun “Delta plyus” ştammının aşkarlandığı təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

Koronavirusun Hindistan ştammı (B.1.617) keçən ilin oktyabr ayında aşkar edilib. Sonra onun üç alt növü - B.1.617.1, B.1.617.2 ("delta") və B.1.617.3 qeydə alınıb. Onlar mutasiyaya görə fərqlənirlər.

"Delta" variantı mutasiyaya davam edir. Bazar günü Hindistanın Maharaştra ştatında bir Delta plus növü (B.1.617.2.1) təsbit edildi. Ölkədə artıq bu ştamma 22 yoluxma qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Delta  





Xəbər lenti