"Putin ölkənin müdafiəsi üçün hər şeyə hazırdır"- Peskov

"Putin ölkənin müdafiəsi üçün hər şeyə hazırdır"-   Peskov
  29 İyun 2021    Oxunub:863
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov son günlər ölkə sərhədləri yaxınlığında yaranmış gərginliyə münasibət bildirib.
Azvision.az xəbər verir ki, o "Putin sərhəd pozuntuları ilə bağlı atəş əmri verməyə hazırdırmı?" sualını cavablandırarkən deyib ki, "Bu barədə düşünmək lazım deyil. Amma Prezident ölkənin qorunması üçün hər şey etməyə hazırdır".

Qeyd edək ki, son günlər Rusiyanın su sərhədlərində tez-tez təxribat xarakterli insidentlər yaşanır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Putin   Peskov   Sərhəd  





Xəbər lenti