"Rusiya həmişə bizə xəyanət edir"- Badasyan

   "Rusiya həmişə bizə xəyanət edir"-    Badasyan
  30 İyun 2021    Oxunub:863
Keçmiş qondarma rejimin nümayəndəsi Vaan Badasyan erməni mətbuatına verdiyi müsahibədə bir sıra diqqət çəkən fikirlər səsləndirib.
Azvision.az xəbər verir ki, o, jurnalistin “Robert Koçaryanın bloku parlamentdə çoxluğu təşkil edə bilsəydi, ölkənin sahibinin olduğunu düşünərdinizmi?” sualına belə cavab verib:

“Əlbəttə ki, Robert Koçaryan adminstrasiyası əvvəllər cinayətkar olub. Amma xain deyildi”.

Badasyan müsahibədə Fransa prezidenti Emmanuel Makronun son zamanlar Ankara ilə Paris arasındakı gərginliyin azalmasına dair fikirlərini də şərh edib.

"Kimin nə dediyini bilmirəm. Amma Avropa hər zaman səmərəsiz olub. Onlara, Qərbə güvənmək olmaz. Tarix də bunu göstərib. Rusiya isə həmişə bizə xəyanət edir. Son 3 ildə Nikol Ermənistanı başsız buraxaraq məğlubiyyətlə nəticələnən müharibəyə hazırlaşdı. O da yalançı çıxdı. Döyüşlərdə provokasiya etdi, müharibəni məğlubiyyətə hazırladı və erməni xalqına bədbəxtlik gətirdi. Xalqı Nikol Paşinyandan qurtulmalıdır”, - deyə Badasyan bildirib.

O həmçinin seçicilərin Paşinyana səslərin təqribən 54 faizini verməsinin ağrılı mənzərə olduğunu söyləyib:

"Məhz bu səbəbdən həmin seqmentə biokütlə adını verdim. Kimlərsə məni insanları axmaq adlandırmaqda günahlandırır. Bəziləri Robert Koçaryan geri dönməsin deyə səs verdi. Yenə də deyirəm, Nikolun seçiciləri təhsilsiz, vətəndaş olmayan biokütlədirlər”.

Tural Tağıyev


Azvision.az



Teqlər: Paşinyan   Seçki   Rusiya   Koçaryan  





Xəbər lenti