Gürcüstanın MSK sədri istefa verib

  30 İyun 2021    Oxunub :348
Gürcüstanın MSK sədri istefa verib
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya vəzifəsindən istefa edib.
Azvision.az xəbər verir ki, T.Jivaniya vəzifəsini tərk etməsi ilə bağlı bu gün bəyanat yayıb. T.Jivaniya deyib:

“Mən 8 ilə yaxındır MSK-ya rəhbərlik edirəm. Ötən müddət ərzində prezident, parlament və yerli seçkilərlə yanaşı, təkrar seçkilər də daxil olmaqla, 6 seçki keçirilib. Bu vəzifəmdə daha iki il qala bilərdim, lakin iyulun 1-dən vəzifəmi tərk edirəm. İnanıram ki, bu addımım MSK sədrinin yenilənmiş Seçki Məcəlləsinin tələblərinə uyğun seçilməsinə imkan verəcək”.

Azvision.az

Teqlər: MSK  






Xəbər lenti