Ekoloji faşizm: Almaniyanın “yaşıllar”ı Güney Qafqazdakı qəhvəyi biznesi niyə görmürlər?!

      Ekoloji faşizm:    Almaniyanın “yaşıllar”ı Güney Qafqazdakı qəhvəyi biznesi niyə görmürlər?!
  30 İyun 2021    Oxunub:2708
Bir neçə ildir, yerli və dünya mediasında Güneq Qafqaz regionunun ekoloji vəziyyəti barəsində həyəcan dolu məlumatlar dərc olunmaqdadır. Qarabağın işğalda olduğu illərdə ermənilər mənşəyi qaranlıq və imici şübhəli, adı dünyanın müxtəlif ölkələrində korrupsiya qalmaqallarında hallanmış, habelə, çirkli pulların yuyulmasında iştirak etmiş şirkətlərlə birlikdə qanunsuz olaraq Azərbaycan torpaqlarındakı metal yataqlarını istismar ediblər.
Zəngilan və Kəlbəcərdəki əlvan metal yataqları ekologiyaya ağır zərər vuran, ətrafdakı flora və faunaya öldürücü təsir göstərən zəhərli məhlullardan və kimyəvi birləşmələrdən istifadə olunmaqla istismar edilib. Bu fakt AMEA və xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən tam təsdiqlənib. Ekoloji terrordan əziyyət çəkən bütün regionumuzdur. Gəlin görək, ermənilərin ekoloji terroru hansı ölkələrə qarşı yönəlib?

Gürcüstan

2020-ci ildə Ermənistanın şimalında yerləşən Stepanavan (Calaloğlu) şəhərindəki metal yataqlarından birində zəhərli kimyəvi turşunun bölgədən keçən çaylara axıdılması ilə bağlı ciddi qalmaqal yaranmışdı. Kiprdə qeydiyyatdan keçmiş bir ofşor şirkətinin bu şəhərin yaxınlığında apardığı qazıntı işləri zamanı tonlarla zəhərli kimyəvi birləşmə şaxtadan axaraq, Gürcüstanın ərazisinə yönələn bir neçə dağ çayının suyuna qarışmış, ətrafda yaşayan kəndlilərin mal-qarası və heyvanları zəhərlənmişdi.



Ermənistanın bu bölgəsindən axan irili-xırdalı çayların çoxu Gürcüstanın Dağ Borçalı reginondan keçməklə, Canbağca (Maşavera), Xram və digər çaylara qarışaraq, Kürə tökülür. Keçən il Stepanavandakı bu ekoloji fəlakət zamanı Gürcüstan ərazisindən axan çaylarda da həmin zəhərli kimyəvi birləşmələr qeydə alınmışdı.
Yerli əhalinin və ekoloqların etirazlarına baxmayaraq, Ermənistanın bu ərazisində müxtəlif ofşor şirkətlər hələ də işləməkdə davam edirlər və son bir neçə ildə adıçıəkilən çaylarda sırf çirklənmə ilə əlaqədar olaraq, bir çox balıq növlərinin kökü kəsilib. Borçalıda yaşayan azərbaycanlı fermerlərin sözlərinə görə, problemin Gürcüstan hökumətinin qarşısında qaldırılması bu gün ən prioritet məsələdir, çünki yerli icra və bələdiyyə orqanları məsələyə barmaqarası baxırlar.

İran

Hazırda Ermənistan ərazisində ətraf mühitə və bölgənin böyük çaylarını su ilə təmin edən xırda dağ çaylarına ən çox kimyəvi tullantıların axıdıldığı yer Zəngəzur ərazisidir. Burada yerləşən və ətrafında qalmaqallar bitməyən Amulsar qızıl yatağı, Qafan və Qacarandakı mis və molibden yataqları hazırda bölgənin ən təmiz və keyfiyyətli şirin suyuna malik olan Araz çayını məhv etməkdədir. Mənbəyini Qarabağ və Zəngəzurdan götürən demək olar ki, bütün çayların Araza, Arazın Kürə, Kürün isə Xəzərə töküldüyünü nəzərə alsaq, hazırda regionumuzu hansı bəlanın gözlədiyini təsəvvür etmk çətin deyil.

Şimalda Gürcüstanı və Azərbaycanın qərb bölgəsinin ekoloji vəziyyətini ağırlaşdıran ermənilər cənubda İrana qarşı ekosid həyata keçirirlər. İranın şimal vilayətlərini içməli və suvarma suyu ilə təmin edən məhz Araz çayıdır; onun suyunu isə Ermənistanın Zəngəzur bölgəsindəki metal yataqlarını istismar edən qərb şirkətləri zəhərləməkdədirlər. İranın ekoloji QHT fəallarının sözlərinə görə, hazırda onlar Araz çayının suyunu vaxtaşırı analiz edirlər. Bu suyun tərkibində ağır metal elemenetləri və müxtəlif öldürücü kimyəvi birləşmələr aşkarlanıb. İranlı fəalların sözlərinə görə, bundan başqa, Arazın suyunda radioaktiv maddələrə də rast gəlinir. Bu isə o deməkdir ki, Ermənistan Metsamor AES-in tullantılarını da birbaşa ərazidən keçən çaylara axıdır. Amma nədənsə, İran Ermənistanın bu açıq-aşkar düşmən davranışına indiyədək heç bir reaksiya verməyib.

Ekoloji terrorunun iştirakçısı olan Qərb şirkətləri

Ermənistan ərazisindəki mədənlər keçmişi qaranlıq, imici şübhəli, fəaliyyəti haqqında çox az məlumat olan ofşor şirkətləri tərəfindən istismar olunur. Stepanavandakı filiz yatağını işlədən “Sagamar” Kiprdəki kimə məxsus olduğu bilinməyən bir ofşor şirkətin törəməsidir. Cermuk və ətrafını zəhərləyən Amulsar qızıl yatağını "Lydian International" istismar edir. Qafan və Qacarandakı əlvan metal yataqlarını işləyən isə “Croniment Holding GmbH” adlı bir alman şirkətidir.

Arayış:

Cronimet Company 1980-ci ildə Karlsruhe və Düsseldorf şəhərində Günter Pilarsky tərəfindən yaradılan bir ailə şirkətidir. Şirkət xammalın, xüsusilədə dəmir məhsullarının yenidən işlənməsi sahəsində ixtisaslaşıb. Hazırda dünyada 70 filialı var. 1995-ci ildə Afrika bazarına daxil olub (Cronimet RSA – PTY LTD). 1997-ci ildə Amerika, 1999-da isə Braziliya bazarına girib (Cronimet Corporation və Cronimet Brasil LTDa).
2004-cü ildə Cronimet Company "Plant of Pure Iron" adlı ASC-nin səhmlərinin çox hissəsini alaraq “Cronimet Mining GmbH” şirkətini təsis edir. Şirkətin internet səhifəsində qeyd edilən məlumata əsasən, Cronimet company Ermənistanda məhz “Plant of Pure Iron" ASC adı altında fəaliyyət göstərir. Şirkətin qurucusu Günter Pilarskyi barədə məlumatda, şirkətin məhz “Cronimet Mining GmbH” şirkətinin təsis edilməsindən sonra xüsusilə inkişaf etdiyi vurğulanır. 2006-cı ildə Günter Pilarsky Ermənistanın fəxri konsulu adını qazanır. Həmin il Filippində və Ermənistanda ehtiyacı olan uşaqlara yardım göstərmək məqsədilə Jocelyn & Günter Pilarsky fondunu təsis edir. Cronimetin Türkiyə Respublikasında da filialı var. Xarici KİV-lərdə yer alan məlumatlarda Cronimetin Ermənistanda işlədiyi yataqları yerli investorlara satdığı bildirilir.


Maraqlıdır: Axı həmin Almaniyada “yaşıllar” kifayət qədər ciddi siyasi qüvvədir, ölkədə ətraf mühitin qorunmasına son dərəcə həssas yanaşılır. Amma belə görünür ki, Qərbin ekologiyaya yanaşması da demokratiyaya münasibəti kimi “ikili standartlar” üzərində qurulub. Qərb şirkətləri üçüncü ölkələrin ərazisində çalışanda həmin standartlara heç tüpürmək də istəmirlər. Öz ölkələrində edə bilmədikləri ekoloji faşizmi erməni hakimiyyətinin razılığı ilə bütün Cənubi Qafqaz regionuna və qonşu ölkələrə qarşı həyata keçirirlər.

Azvision.Az


Teqlər: Ekoloji-terror   Ermənistan  





Xəbər lenti