Qarabağda böhranın dərinləşməsində heç kim maraqlı deyil - Putin

Qarabağda böhranın dərinləşməsində heç kim maraqlı deyil  -   Putin
  30 İyun 2021    Oxunub:2373
Heç kim, nə Azərbaycan, nə Ermənistan, nə də Dağlıq Qarabağ sakinləri böhranın dərinləşməsində maraqlı deyil.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bldirib ki, Rusiya ciddi bir böhranın nizamlanmasında müəyyən rol oynadı. Heç kim, nə Azərbaycan, nə Ermənistan, nə də Dağlıq Qarabağ sakinləri onun dərinləşməsində maraqlı deyil.

"Dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq”, - Rusiya lideri söyləyib.

Putin bildirib ki, infrastrukturun bərpası, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı bir çox problemlər var. Onun sözlərinə görə, silahlı qarşıdurmanın yenidən başlayacağını gözləyərək yaşamaq mümkün deyil.

"Buna görə də, indi tərəflər problemlərin həlli üzərində işləyir. Xüsusi üçtərəfli işçi qrup yaradılıb, məsələlərin həlli üçün hər şeyi edəcəyik”, - Putin vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   VladimirPutin  





Xəbər lenti