Ermənilər özləri basdırdıqları minaya düşdülər: Bir ölü, iki yaralı

   Ermənilər özləri basdırdıqları minaya düşdülər:  Bir ölü, iki yaralı
  30 İyun 2021    Oxunub:3870
Bu gün günorta saatlarında Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Bildirilib ki, 3 erməni özlərinin basdırdıqları minaya düşüb. Güclü partlayış nəticəsində 1 erməni yerindəcə ölüb. Ağır xəsarət alan digər 2 erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb.

Yaralananlardan biri Qarik Nalbandyan ayağını, Arik Arakelyan isə qolunu itirib. Güclü partlayış nəticəsində ölən erməninin cəsədinin parçalarının axtarışı davam edir.

Faktı bağlı araşdırma aparılır.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Mina   Xocavənd  





Xəbər lenti