İş adamları Laçın və Kəlbəcərə səfər edəcək

  01 İyul 2021    Oxunub :434
  İş adamları Laçın və Kəlbəcərə səfər edəcək
İşğaldan azad edilən ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədilə ərzaq, əczaçı dükanları, bankomatlar və s. açılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər İşçi Qrupun keçirilən növbəti iclasında bildirilib.

İclasda bu məqsədlə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilib, səfərin proqramı və marşurutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilib.

Azvision.az

Teqlər: Kəlbəcər   Laçın  






Xəbər lenti