"26 ilə yaradılan ordumuz məhv edildi"- Erməni polkovnik

  01 İyul 2021    Oxunub :727
 "26 ilə yaradılan ordumuz məhv edildi"-   Erməni polkovnik
Erməni separatçılarının “müdafiə nazirliyinin” sabiq mətbuat katibi, polkovnik Senor Asratyan Ermənistan ordusunun acınacaqlı durumda olmasından gileylənib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Köhnələrin" (Koçaryan-Sarkisyan cütlüyü - red.) 26 il ərzində yaratdığı ordunu "yenilər" üç ildən az bir müddətdə tədricən dağıtdılar. Ötən il baş verən ağır məğlubiyyətdən sonra ordumuz bu günə düşdü”, - Asratyan bildirib. O hazırkı rəhbərliyin yürütdüyü siyasəti də tənqid edərək söyləyib ki, “Qarabağ itkisinin həzm oluna biləcəyini düşünən Ermənistan lideri dəhşətli səhvə yol verir".

Tural Tağıyev

Azvision.az

Teqlər: Qarabağ   Ermənistan   Ordu  






Xəbər lenti