Olimpiadaya göndərilən ermənilərin ştanqı yoxdur- Paşinyan naziri danladı

 Olimpiadaya göndərilən ermənilərin ştanqı yoxdur-   Paşinyan naziri danladı
  01 İyul 2021    Oxunub:2965
Ermənistanda ağır atletlərin idman ləvazimatları ilə təminatı məsələsində ciddi problemlər yaşanır.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. İş o yerə çatıb ki, artıq problemə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan özü müdaxilə etməli olub. O, hökumətin iclasında çıxışı zamanı "Ən qısa müddətdə erməni ağır atletlər üçün yeni ştanqlar gətirilməlidir" deyərək Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini icra edən Vahram Dumanyana kəskin narazılığını bildirib.

Paşinyan idmançıların Tokyo Olimpiadasına hazırlaşması üçün normal şəraitin yaradılmaması və yeni standartlara uyğun idman alətləri ilə təchizatın zəif olmasından gileylənib.



"Biz 27 aprel tarixində toplantı keçirdik, 20 dəst ştanqın milli komandaya təhvil veriləcəyi barədə razılaşdıq. İki ay keçir, inventar hələ də yerində deyil və siz 20 deyil, 7 idman alətinin gətiriləcəyini söyləyirsiniz. Tokio Olimpiadasına isə yalnız bir ay qalıb ", - Paşinyan naziri danlayıb.

Xatırladaq ki, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya Ermənistandan iki ağır atlet gedəcək: Simon Martirosyan və Izabella Yaylyan.

Tural Tağıyev

Azvision.az



Teqlər: Nazir   Paşinyan   Olimpiada  





Xəbər lenti