İranın qisası?! Süleymaninin ölümündə şübhəli bilinən amerikalı zabit ölü tapıldı

  01 İyul 2021    Oxunub :3088
 İranın qisası?!    Süleymaninin ölümündə şübhəli bilinən  amerikalı zabit ölü tapıldı
İran ordusunun əfsanəvi generallarından sayılan Qasım Süleymaninin ölümündə şübhəli bilinən yüksək rütbəli ABŞ hərbçisinin meyidi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti olan Ceyms Uillis adlı şəxsin cansız bədəni Qətərdəki "Əl-Udeid" Hava Qüvvələrinin bazasında aşkarlanıb. Qasım Süleymaninin öldürülməsində şübhəli bilinənlər sırasına daxil edilmiş zabitin qeyri-döyüş şəraitində öldüyü bildirilir.
55 yaşlı polkovnik-leytenant Uillis Kirtland Hava Qüvvələri Bazasındakı "New Mexico" Milli Hava Mühafizə Xidmətinin 210-cu "Red Horse" dəstəsinin komandiri imiş. Hazırda hüquq-mühafizə orqanları amerikalı zabitin ölümünün səbəblərini araşdırır.

Xatırladaq ki, bu ilin yanvarında KİV-də "Əl-Qüds"ün komandiri İsmayıl Kaani Süleymaninin qətlində iştirak edən hər kəsdən intiqam alacaqlarını vəd etmişdi: "Artıq evdə belə rahat ola bilməyəcəksiniz və intiqamımız sizi evinizdə belə tapacaq".

Qeyd edək ki, ötən ilin yanvarın 2-də Bağdad hava limanına olan raket zərbələri nəticəsində bir neçə İraq hərbçisi ilə yanaşı İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri, general Qasım Süleymani də öldürülmüşdü. Hücumun məsuliyyətini ABŞ öz üzərinə götürmüşdü. İran isə generalın qətlinə görə ABŞ-dan "amansız intiqam alacağına" söz vermişdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Süleymani   ABŞ   Raket  






Xəbər lenti