Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub

 Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub
  01 İyul 2021    Oxunub:844
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 336 122 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.

Ölkədə son sutka ərzində 8828, hazırkı dövrədək isə 3 758 131 test aparılıb.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti