Binəqədidə supermarket yanıb

  01 İyul 2021    Oxunub :388
Binəqədidə supermarket yanıb
Bakının Binəqədi rayonunda mağaza yanı b.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən "Bazar Store" supermarketinə aid 10 ədəd kondisioner, 1 ədəd reklam lövhəsi və müşahidə kamerası yanıb.

Bina və yaxınlıqdakı qurğular yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  






Xəbər lenti