Çexiya və Danimarka milliləri Bakıdadır - AVRO-2020

  01 İyul 2021    Oxunub :512
Çexiya və Danimarka milliləri Bakıdadır -    AVRO-2020
Futbol üzrə Çexiya millisi Avropa çempionatının dörddəbir final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib.
Azvision.az AFFA-ya istinadla xəbər verir ki, axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatan Yaroslav Şilqavının baş məşqçisi olduğu komanda "Hilton" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, Danimarka millisi də artıq Bakıdadır. Yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

İyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.





Azvision.az

Teqlər: AVRO-2020  






Xəbər lenti