"Qərb Rusiyanı yeni regional münaqişəyə sürükləmək istəyir"- Dodon

"Qərb Rusiyanı yeni regional münaqişəyə sürükləmək istəyir"-   Dodon
  02 İyul 2021    Oxunub:1292
Moldovanın keçmiş prezidenti İqor Dodon Qərbin ölkəsində anti-Rusiya ab havası yaratmağa çalışdığını söyləyib.
Azvision.az xəbər verir ki, o Rusiya mətbuatına verdiyi müsahibədə bu barədə danışıb.

"Eks-prezident, "Kommunistlər və Sosialistlər" blokunun həmsədri İqor Dodon deyir ki, Qərb erkən seçkilərdən sonra Moldovada geopolitik təlimatları yerinə yetirəcək anti-Rusiya parlament çoxluğu yaratmağa çalışır. Onun sözlərinə görə, Qərb Moldovanın ümumi regional gündəmə uyğun gəlməməsindən narazıdır. Ümumi regional gündəm isə anti-Rusiyadır. Dodon deyir ki, Qərb Rusiyanı yeni regional münaqişəyə sürükləmək üçün mümkün olan hər şeyi etmək niyyətindədir.", - deyə məqalədə yazılıb.

Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinq zamanı ABŞ və Avropa İttifaqının Moldovada keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə çalışdıqlarını bildirmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Dodon   Moldova   Qərb  





Xəbər lenti