"Yeni dünya müharibəsi mümkün deyil"- Peskov

   "Yeni dünya müharibəsi mümkün deyil"-   Peskov
  02 İyul 2021    Oxunub:898
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni dünya müharibəsinin baş vermə ehtimalından danışıb.
Azvision.az xəbər verir ki, o hazırda nüvə pariteti qaldığı üçün dünya müharibəsinin reallaşmasını mümkün saymayıb. Peskov həmçinin xatırladıb ki, prezident Putin canlı yayımda müharibənin mümkün olmadığını açıq şəkildə bəyan edib.

"Biz burada “nüvə bərabərliyi” ilə sığortalanmışıq",- Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, nüvə pariteti beynəlxalq münasibətləri tarazlaşdıran bir mexanizmdir. Peskov bu bərabərliyi pozmaq üçün hər zaman cəhdlər olduğunu da vurğulayıb:

"Lakin Rusiya bütün bu sistemi sığortalamaq üçün bir sıra addımlar atdı. Söhbət paritetliyi qoruyan sistemlərin inkişafından gedir. Düşünürəm ki, müharibə barədə ümumiyyətlə danışmağa ehtiyac yoxdur, çünki bu mümkün deyil".

Tural Tağıyev
Azvision.az



Teqlər: Peskov   Müharibə  





Xəbər lenti