“Anadolu Qartalı - 2021”: Şərti düşmənin yeri aşkarlandı - FOTO+VİDEO

   “Anadolu Qartalı - 2021”: Şərti düşmənin yeri aşkarlandı -  FOTO+VİDEO
  02 İyul 2021    Oxunub:1443
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.



Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər. Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.







Azvision.az


Teqlər: Pilot   Düşmən  





Xəbər lenti