"Mediaya dəstək davamlı olacaq"- Əhməd İsmayılov

   "Mediaya dəstək davamlı olacaq"-   Əhməd İsmayılov
  02 İyul 2021    Oxunub:951
"Ötən dövr ərzində müsabiqələrə çoxsaylı müraciət daxil olub. Media müsabiqələrinin keçirilməsində məqsəd onlayn və çap mediasının inkişafına nail olmaq, peşəkar jurnalistikanın inkişafına çatmaqdır".
Azvision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, mediayaya dəstək layihələri davamlı olacaq.

"Əvvəlki dövrlə müqayisədə bu müsabiqədə bir çox yeniliklər oldu. Müsabiqələr keçirilmədən öncə onlayn və çap mediasının subyektləri ilə müzakirələr aparılıb. Onlayn media subyektlərinin dəstəklənməsi üzrə layihə yenidir. İndiyə qədər belə layihə olmayıb. Bu media subyektlərinin təklifləri əsasında edildi. Bununla yanaşı, agentlik tərəfindən idman jurnalistikası üzrə media subyektlərinə də dəstək layihəsi həyata keçirildi".

Aytən Bağırzadə
Azvision.az



Teqlər: Media   Dəstək  





Xəbər lenti