MEDİA maliyyə ayrılan KİV-lərə xəbərdarlıq etdi

   MEDİA maliyyə ayrılan KİV-lərə xəbərdarlıq etdi
  02 İyul 2021    Oxunub:1275
Media müsabiqələri keçmiş ənənənin davamı deyil, tam yeni formatda həyata keçirilir. İstər qiymətləndirmə, istərsə də müsabiqələr iştirakı ilə bağlı tələblər tam yenidir.
Azvision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, çap mediası üzrə tələblər əvvəlki dövrün tələblərindən xeyli fərqlənir:

"Qəzet redaksiyalarına göstərilən maliyyə dəstəyi ilə yanaşı, qəzetlərin saytlarına da dəstək olunacaq. İlk 6 ay ərzində yardım ayrılacaq media subyektlərinin tələblərə riayət etməsinə ciddi nəzarət olunacaq".

Ə.İsmayılov bildirib ki, göstərilən istiqamətlər üzrə maliyyənin sərf olunmasına nəzarət olunacaq: "Redaksiyalarda fəaliyyət göstərən jurnalistlərin sosial rifahı da nəzərə alınacaq. Müsabiqə qalibləri ilə görüşlər keçiriləcək, müqavilələr imzalanacaq və növbəti 6 ay üçün maliyyə ayrılacaq".

Agentlik sədri qeyd edib ki, monitorinq nəticələrində media subyektlərinin ayrılan maliyyədən təyinatı üzrə istifadə etməməsi aşkar olunarsa, o zaman dəstəyin dayandırılması barədə qərar qəbul ediləcək.

Aytən Bağırzadə
Azvision.az



Teqlər: MEDİA   KİV  





Xəbər lenti