"Layihələr şəffaflıq prinsipi üzərində qurulub" - Əhməd İsmayılov

 "Layihələr şəffaflıq prinsipi üzərində qurulub" -  Əhməd İsmayılov
  02 İyul 2021    Oxunub:1088
“Müsabiqədə qalib olan onlayn media subyektlərində 3 nəfərin əmək haqqı agentlik tərəfindən ödənilir. Müsabiqə şərtlərinə əsasən media subyektlərinə verilən maliyyədən 3 nəfərin 600 manatlıq əmək haqqı ödənilməlidir”.
Azvision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, media subyektinin işçilərinin əmək haqlarının maksimum məbləği özünə bağlıdır və istədiyi məbləğdə edə bilər.

"Lakin bizim tərəfimizdən ödənilən məbləğ 3 əməkdaşın əmək haqqı kartına yatırılmalıdır və ayın sonunda hesabatlarda biz bunu tələb edəcəyik. MEDİA tərəfindən həyata keçirilən layihələr şəffaflıq prinsipi üzərində qurulub. Sırf şəffaf şəkildə həmin məbləğ jurnalistlərin maaş kartına oturmalıdır. MEDİA tərəfindən həyata keçirilən müsabiqələr stimul xarakteri alıb"- Əhməd İsmayılov bildirib.

Aytən Bağırzadə
Azvision.az


Teqlər: Media   Əmək-Haqqı  





Xəbər lenti