Bilgəh çimərliyi tullantılardan təmizlənib

  02 İyul 2021    Oxunub :518
Bilgəh çimərliyi tullantılardan təmizlənib
Bilgəh çimərliyi məişət tullantılarından təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntüdəki ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu rayon MKTB-yə məcburi göstəriş verilib.

Azvision.az

Teqlər: Bilgəh  






Xəbər lenti