Ermənistanda daha beş nəfərdə "Sibir xorası" aşkarlandı

Ermənistanda daha beş nəfərdə "Sibir xorası" aşkarlandı
  02 İyul 2021    Oxunub:867
Ermənistanda insanlar arasında "Sibir xorası" xəstəliyi yayılmaqda davam edir.
Azvision.az xəbər verir ki, bu gün Səhiyyə Nazirliyi daha beş nəfərdə bu təhlükəli xəstəliyin aşkarlandığını bəyan edib.

Bildirilir ki, aparılan tədqiqatlar zamanı Şirak əyalətində İsaakyan kəndinin beş sakininə qoyulmuş "Sibir xoras"ı diaqnozu təsdiqini tapıb.

Xatırladaq ki, bundan öncə iyunun 30-da Geqarkunikdə üç nəfərdə "Sibir xorası"nın aşkarlanmasıölkədə ajiotaj yaratmışdı.

Qeyd edək ki, "Sibir xorası" heyvanlar və insanlar arasında yayılan kəskin yoluxucu bir xəstəlikdir. Bu xəstəlik dəri, bağırsaq, ağciyər, badamcıq zədələnmələri ilə xarakterizə olunur.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Xəstəlik  





Xəbər lenti