"Sibir xorası" epidemiyası Ermənistanı bürüyür

   "Sibir xorası" epidemiyası Ermənistanı bürüyür
  03 İyul 2021    Oxunub:2308
Ermənistanda koronavirusla yanaşı yeni ölümcül epidemiya da yayılmağa başlayıb.
Azvision.az xəbər verir ki, ölkənin Şirak vilayətində rast gəlinən dəhşətli qara yara xəstəliyi artıq onlarla insana bulaşıb və vilayətdə karantin elan edilib.

Son məlumatlara görə, Ermənistan səhiyyə nazirliyi Şiraka xüsusi həkim briqadası göndərib və ərazinin müxtəlif yerlərindən örnəklər alınaraq laboratoriyaya verilib.

Qeyd edək ki, Sibir xorasının Ermənistanda yayılması ilə bağlı xəbərlər bir həftədir dolaşmaqdadır və görünür odur ki, epidemiya daha çox şəxsə bulaşdığından hakimiyyət orqanları həyacan təbili çalmağa başlayıblar.

Müstəqil hüquq-müdafiə təşkilatlarının verdiyi məlumatlarda isə qara yara xəstəliyinin artıq bir neçə vilayətdə yayıldığı bildirilir. Ani, Şirak, Qeqrkunik vilayətləri, o cümlədən Gümrü şəhərində onlarla insanın bu diaqnozla xəstəxanalarda izolyasiya edildiyi bildirilir.

Müstəqil informasiya mənbələri Gümrüdəki Rusiya hərbi bazasında da Sibir xorası təhlükəsi ilə bağlı karantin elan edildiyini bildirirlər. Hələlik Ermənistanın quru sərhədlərinin açıq olduğu İran və Gürcüstan sərhədlərində nə zaman karantin rejimi elan olunacağı haqda heç bir rəsmi xəbər yoxdur, amma epidemioloqların fikrincə, yaxın vaxtlarda İran və Gürcüstan özlərinin Ermənistanla sərhəd buraxılış məntəqələrində ciddi tədbirlər görə bilərlər. Belə ki, Sibir xorası epidemiyası koronavirusun Ermənistana qonşu olan hər iki ölkədə artmasının fonunda özünü büruzə verməyə başlayıb.

Şahin Ömər
Azvision.az




Teqlər: Ermənistan   Sibirxorası   Gümrü  





Xəbər lenti