“Ermənistanın ekoloji terroruna diqqət yetirin” – NAYORA-dan çağırış

  03 İyul 2021    Oxunub :2059
“Ermənistanın ekoloji terroruna diqqət yetirin” –    NAYORA-dan çağırış
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ölkə ərazisindən keçən transsərhəd çaylardan biri olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Azərbaycan gəncləri və gənclər təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən daim çirklənməyə məruz qalmasına və onun çirklənməsinin əhalimizin istifadə etdiyi su ehtiyatlarının keyfiyyətinə birbaşa təhlükə törətməsinə yönəldirlər.
Azərbaycan tələbələri adından beynəlxalq təşkilatlara bəyanat göndərilib

Bundan əlavə, gənclər təşkilatları Oxçuçayın çirklənməsinin nəticəsi olaraq biomüxtəliflik, ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıblar.

Gənclər təşkilatları regionda ekoloji təhlükəsizliklə bağlı Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını qeyd etməklə, beynəlxalq təşkilatları Ermənistanın çirkli maddələri ətraf-mühitə atmaması, təbii yaşayış mühitini, habelə əhalinin, xüsusən də gənc nəslin sağlamlığı və təhlükəsizliyini təhlükə altına almağı dayandırması üçün kəskin etirazlarını bildirməyə və nəhayət bununla da Ermənistan hökumətinin məsuliyyətli davranmasına çağırıblar.

Müraciətdə qeyd olunur ki, yalnız bu yolla ölkələrimiz arasında etimad quruculuğu, ekoloji təhlükəsizlik təmin edilə və bölgədə davamlı sülhün bərqərar olması üçün yol açıla bilər.

Teqlər: Ekoterror  






Xəbər lenti