Müdafiə Nazirliyinin kanalı "Gümüş mükafat”a layiq görüldü
Yutubun simvolunu əks etdirən mükafat 100 min nəfərdən artıq abunəçisi olan şəxslərə, şirkətlərə, dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilir. Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi yutub kanalı 2016-cı ilin iyunundan fəaliyyətə başlayıb. Bu müddət ərzində Müdafiə Nazirliyinin rəsmi yutub kanalına 2000-ə yaxın video yüklənib. Ötən müddət ərzində kanala yerləşdirilən videoların ümumi izlənmə sayı 43 milyon 500 mindən artıqdır. 2021-ci ilin iyul ayına olan məlumata əsasən kanalın abunəçi sayı 107 mindən çoxdur.
Azvision.az
Teqlər: Müdafiə-Nazirliyi