"Delta+" dalğası: Avropada yeni lokdaun olacaqmı?

      "Delta+" dalğası:    Avropada    yeni lokdaun    olacaqmı?
  04 İyul 2021    Oxunub:882
“Delta” ştammının yayılması Avropa Birliyində yeni lokdauna səbəb olacaqmı? Hazırda bu, “köhnə dünya”nı düşündürən əsas suallardan biridir.
Xəstəliyin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzində (ECDC) belə hesab edirlər ki, payızda pandemiyanın çox güclü dalğası qabaracaq. O vaxta qədər vaksinasiya lazım olan səviyyədə kütləvi immunitet yarada bilməsə, ən azından, qısmən lokdaunlar qaçılmaz olacaq.
“Delta” ştammı yoxa çıxıb

Məşhur “Oxford Economics” analitik şirkətinin hesabatına görə, “Delta” və “Delta+” ştammları iqtisadiyyatın bərpası üçün yeni problemlər yaradacaqlar. Ştamm hələ vaksinlənməmiş, yaxud, dozalardan ancaq birini vurdurmuş gənclərə asanlıqla yoluxur. Nəticədə xəstələrin sayı yenidən sürətlə artır ki, bunun qarşısını almaq üçün hökumətlər nəsə etməlidirlər. Həmin “nəsə” komendant saatından tutmuş, sərhədlərin bağlanmasına qədər çox geniş spektrdə dəyişə bilər.

“Lakin vaksinasiya davam edərsə, yeni dalğa əvvəlkilərlə müqayisədə xeyli zəif olacaq ki, bu da geniş lokdaun zərurətini aradan qaldırır”,- Oxford Economics bildirir.

Samir Quliyev
Azvision.az


Teqlər: Delta  





Xəbər lenti