"Xəzərin Azərbaycan sektorunda 120 palçıq vulkanı var" - ETSN

   "Xəzərin Azərbaycan sektorunda 120 palçıq vulkanı var" -    ETSN
  05 İyul 2021    Oxunub:1404
“Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb".
Azvision.az -ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq.

Rasim Səttarzadə qeyd edib ki, Xəzərdə 200-dək sualtı palçıq vulkanı var, onlardan təxminən 120-si Xəzərin Azərbaycan sektoruna aiddir.

Azvision.az


Teqlər: Vulkan   Xəzər  





Xəbər lenti