Lisey və gimnaziya seçimi başa çatır

Lisey və gimnaziya seçimi başa çatır
  05 İyul 2021    Oxunub:1326
İyulun 5-də mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, lisey və gimnaziya seçim prosesi başa çatır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, proses 17:00-dək aktiv olacaq. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək.

Qeyd edilmiş tarixdən sonra seçim etmək mümkün olmayacaq. Nəticələr iyulun 9-da şəxsi kabinetlərə göndəriləcək.

Azvision.az



Teqlər: Lisey  





Xəbər lenti