Ermənistanda qalmaqallı eks-deputat axtarışa verildi

  05 İyul 2021    Oxunub :296
Ermənistanda qalmaqallı eks-deputat axtarışa verildi
Ermənistan parlamentinin keçmiş deputatı, iş adamı Arakel Movsisyan axtarışa verilib.
Azvision.az xəbər verir ki, bu barədə "Joğovurd" nəşri məlumat yayıb.

Bildirilir ki, eks-deput iqtisadi problemlər yaşaması səbəbindən borclarını ödəyə bilmirmiş.

"Banklardan biri onu məhkəməyə verdi. Məhkəmə keçmiş deputata bir neçə dəfə çağırış vərəqəsi göndərsə də, cavab gəlməyib. Movsisyanın harada olduğu da bəlli olmayıb. Bundan sonra məhkəmə onu axtarışa verib",-nəşr yazıb.

Qeyd edək ki, 2018-ci ilin iyununda, məxməri inqilabdan bir müddət sonra qanunsuz silah saxladığı üçün Movsisyanın evində axtarışlar aparılmışdı. O zaman Movsisyan silahın Qarabağ müharibəsindən qaldığını bildirmişdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Deputat  






Xəbər lenti