"Sinovac"ın üçüncü dozası antitelləri 20 dəfə artırır

  05 İyul 2021    Oxunub :424
   "Sinovac"ın üçüncü dozası  antitelləri 20 dəfə artırır
"Sinovac" peyvəndinin üçüncü dozasından sonra bədəndə antitellərdə 10-20 qat artım müşahidə olunur.
Azvision.az xəbər verir ki, bu barədə İstanbul Universitetinin Tibb fakültəsinin dekanı, professor Tufan Tükek bildirib.

"Sinovac"ın üçüncü dozasının təsirinin araşdırılmasının ikinci mərhələsinin nəticələri dərc edilib. Nəticələr olduqca yüksəkdir. Peyvənddən 10 gün sonra antikorlarda 10-20 dəfə artım müşahidə olunur"- professor söyləyib.

Qeyd edək ki, iyulun 1-dən Türkiyədə 50 yaşdan yuxarı həkimlərə və ümumilikdə vətəndaşlara peyvəndin üçüncü dozasının vurulmasına icazə verilib.

Bu günə olan son məlumata görə isə Türkiyədə təxminən 15,8 milyon insan peyvəndin hər iki dozasını vurdurub. Ümumilikdə ölkədə 53,2 milyon vaskin vurulub.

Tural Tağıyev
Azvision.az

Teqlər: Peyvənd   Türkiyə  






Xəbər lenti