“Koza Nostra”y qarşı əməliyyat: 80-dən artıq şəxs tutuldu

   “Koza Nostra”y qarşı əməliyyat:    80-dən artıq şəxs tutuldu
  05 İyul 2021    Oxunub:1125
İtaliya polisi “Koza Nostra” (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 80-dən artıq şəxsi saxlayıb.
Azvision.az xəbər verir ki, saxlanılanların 63-ü barəsində həbs qətimkan tədbiri seçilib, 18 nəfər barəsində isə yaşayış yerini tərk etməməyə dair iltizam alınmaqla ev dustaqlığı qərarı çıxarılıb.

Siciliya mənşəli “Koza Nostra” mafiya şəbəkəsinin üzvləri bu adadakı Palermo və Trapani şəhərləri ilə yanaşı, Neapol və paytaxt Romada da polislərin əlinə keçiblər. Polisin yaydığı məlumata əsasən, reydlər şəbəkə daxilində fəaliyyət göstərən beş qrupu hədəfə alıb. Həbs olunanlar arasında narkotik vasitələrin ticarətinin aparıcı üzvləri arasında yer alan Vitali ailəsi də var.

Azvision.az


Teqlər: KozaNostra  





Xəbər lenti