Gürcüstanda LGBT toqquşması – VİDEO

  05 İyul 2021    Oxunub :1284
   Gürcüstanda LGBT toqquşması –    VİDEO
LGBT fəallarının iyulun 5-də Tbilisidə keçirmək istədikləri “Ləyaqət yürüşü” baş tutmayıb. Səbəb kimi təşkilatçılar Daxili İşlər Nazirliyinin tədbirin təhlükəsizliyinə təminat verə bilməməsini göstəriblər.
Onların bu nəticəyə gəlmələrinə səbəb bir qədər öncə LGBT əleyhdarlarının Rustavelu prospektində keçirdikləri aksiyada polislə toqquşma olub. Radikallar azlıqları müdafiə edən “Ayıbdır” adlı yerli QHT-nin ofisini darmadağın edib, Avropa Birliyinin bayraqlarını çıxarıb, parlamentin qarşısında gürcü xaçı yüksəldiblər.


Onlar həmçinin jurnalistləri LGBT-ni müdafiə etməkdə suçlayaraq, zorakı davranıblar. Nəticədə 50-yə yaxın jurnalist zədələnib. “Rustavi-2” kanalının rəhbərliyi bildirib ki, bir də heç vaxt LGBT əleyhdarlarına efir vaxtı ayırmayacaqlar. Digər media orqanları da aksiya iştirakçılarının aqressiv hərəkətlərini qınayıblar.

Samir Quliyev
Azvision.az

Teqlər: LGBT   Gürcüstan  






Xəbər lenti