Paşinyan diplomatları bağışlamayacaq - KİV

Paşinyan diplomatları bağışlamayacaq -  KİV
  06 İyul 2021    Oxunub:707
Ermənistanın Xarici İşlər Nazirliyində gərgin atmosfer hökm sürür.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məqalədə vurğulanıb ki, sərbəst düşünən peşəkar diplomatlardan qurtulma prosesi davam edir. Bundan əvvəl, 10 diplomatın ailələri ilə birlikdə təyinat aldıqları ölkələrə yola düşmələrinin təxirə salındığı barədə məlumat yayılıb. Hökumət Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın təyin etdiyi şəxslərin respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində işləməsinə icazə verməyib.
Qəzetin yazdığına görə, hazırda hökumət bu diplomatların "Facebook" hesablarını diqqətlə araşdırır.

"Əgər onların hakim “Vətəndaş müqaviləsi” partiyasını tənqid edən hər hansı postun altında şərhi, bəyənməsi və ya oxşar nəyisə tapılsa, diplomatlar yalnız xaricdə işləmək hüququnu deyil, karyera perspektivlərini də itirəcəklər", - nəşr yazıb.

Əlavə olunub ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ona qarşı çıxan nazirlik heyətini bağışlamayacaq.

Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də nazir vəzifəsindən istefa verib. Onun ardınca müavinləri - Qaqik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan da istefa qərarlarını açıqlayıblar. Sonuncunun istefası qəbul edilməyib və o, hazırda müvəqqəti olaraq Ayvazyanı əvəz edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   XİN  





Xəbər lenti