Rusiyada itən təyyarə dənizə düşüb - YENİLƏNİB

  06 İyul 2021    Oxunub :908
 Rusiyada itən təyyarə dənizə düşüb -  YENİLƏNİB
Rusiyanın Kamçatka bölgəsinin rəhbərliyi yoxa çıxmış "An-26" təyyarəsində olan sərnişinlərin adlarını açıqlayıb.
Azvision.az xəbər verir ki, siyahıda Aleksandra Andreykina, Olqa Andreykina, Pyotr Ayani, Sergey Boyarşin, Aleksandr Karimulin, Mixail Kudaşkin, Konstantin Laptev, Yevgeni Levitski, Alyona Lisiçkina, Tatyana Mayorova, Olqa Moxireva, Mariya Nesterova, Yevgeni Nesteruk, Yekaterina Ponikarova, Anastasiya Popel, İvan Sivak, Yuri Stolyarov, Yuliya Surovtseva, Artyom Tişçenko, Olqa Ustinova, Alisa Xvaleyeva, Mariya Şirokovanın adları var. Aidiyyəti qurumlar təyyarənin axtarışlarını davam etdirirlər.
Rusiyada itən təyyarənin qalıqları tapıldı

Qeyd edək ki, təyyarənin göyərtəsində 6 ekipaj üzvü, iki uşaq və qəsəbə başçısı Olqa Moxireva da daxil olmaqla ümumilikdə 28 nəfər olub. Qəza ilə bağlı xüsusi komissiya yaradılıb, qaynar xətt işləyir. Hazırda meteoroloji şərtlər axtarış üçün əlverişsizdir.



***
11:15

Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin düşdüyü yeri müəyyənləşdiriblər.

Azvision.az bu barədə “RİA Novosti"yə istinadla xəbər verir.

Təcili yardım xidmətinin nümayəndəsinin sözlərinə görə, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçan təyyarənin dənizə düşdüyü ehtimal edilir.

Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, iki uşaq və qəsəbə başçısı Olqa Moxireva da daxil olmaqla ümumilikdə 28 nəfər olub. Qəza ilə bağlı xüsusi komissiya yaradılıb, qaynar xətt işləyir. Hazırda meteoroloji şərtlər axtarış üçün əlverişsizdir.

***
10:34

Rusiyaya məxsus təyyarə yoxa çıxıb.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Kamçatkada göyərtəsində 28 nəfər olan "An-26" sərnişin təyyarəsi ilə əlaqə itib.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 1 uşaq və 6 ekipaj üzvü olmaqla 22 sərnişin var", - Fövqəladə Hallar Nazirliyi bildirib.

Regional axtarış-xilasetmə bazasının xilasediciləri axtarışlara başlayıblar.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Qəza   Rusiya  






Xəbər lenti