Təhsil sahəsində BƏƏ ilə əməkdaşlığının hansı perspektivləri var? - Diplomat

Təhsil sahəsində BƏƏ ilə əməkdaşlığının hansı perspektivləri var? -  Diplomat
  06 İyul 2021    Oxunub:1688
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi davamlı olaraq BƏƏ və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin dərinləşməsi məqsədilə yeni imkanları araşdırır. Bu baxımdan, təhsil və bilik sahəsində əməkdaşlıq bu məqsədə töhfə verə bilər.
Bu barədə BƏƏ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Abdalla Al Şəmsinin Azvision.az a daxil olan məqaləsində deyilir.

Onun sözlərinə görə, BƏƏ həm dövlət, həm də özəl sektorda iqtisadiyyatı idarə edib irəliyə aparmaq üçün gələcək nəsilləri lazımi texniki və praktiki bacarıqlarla təmin etməyi hədəfləyən 2030-cu il Ali Təhsil üçün Milli Strategiya hazırlayıb. Strategiya, həmçinin bilik, iqtisadiyyat, sahibkarlıq və BƏƏ-nin əmək bazarının ümumi inkişafı kimi həyati vacib sahələrdə davamlı inkişaf naminə BƏƏ mütəxəssislər nəslini yetişdirməyi hədəfləyir.

BƏƏ bərpaolunan enerji, nəqliyyat, təhsil, səhiyyə, texnologiya, su və kosmosa yönəlik Milli İnnovasiya Strategiyasını da hazırlayıb.

Qabaqcıl İnnovasiya Milli Strategiyası bu istiqamətlərə yönəlib: araşdırma, gələcəyə yönəlik bacarıqlar, səhiyyənin keyfiyyəti, yaşayış və həyat, yaşıl enerji, nəqliyyat, bəşəriyyətə xidmət edəcək texnologiyadan istifadə.

Tələbə mübadiləsi fürsətləri

Azərbaycandan olan tələbələr, müxtəlif təhsil və mədəni təcrübələri qazandıran bir sıra mövcud mübadilə proqramlarına müraciət edə bilərlər. BƏƏ-dəki bir çox universitetlər, BƏƏ hökuməti ilə digər ölkələr arasında qarşılıqlı müqavilələrə əsasən xaricdən gələn tələbələr üçün təqaüd təklif edir. Digər təqaüdlər üçün tələbələr, müəyyən meyarlara və tələblərə əsaslanan mövcud akademik və idman təqaüd proqramları üçün müvafiq universitetlə əlaqə saxlaya bilərlər.

BƏƏ-də Əbu Dabi Universiteti, Xəlifə Elm, Texnologiya və Tədqiqat Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Zayed Universiteti kimi yerli nüfuzlu universitetlərlə yanaşı, Əbu Dabidə yerləşən Paris Sorbonne Universiteti, Nyu York Universiteti, INSEAD - Dünya üçün Biznes Məktəbi kimi dünyanın ən yaxşı universitetlərinin filialları da var.

Bilik Parkları

Dubayda bilik parkı yaradılıb. Park regiounun ən görkəmli təlim mərkəzi, etibarlı biznes tərəfdaşı və peşəkar inkişaf üçün mükəmməl bir mərkəzdir. Dubay bilik parkının inteqrasiya olunmuş infrastrukturu və dəstəkləyici mühiti, onu regionun ən çox axtarılan mərkəzinə çevirib. Beləliklə, Dubay həm də istedad inkişaf mərkəzidir. Bu ərazidə sərgilər, seminarlar, şəbəkə tədbirləri (networking), konfranslar və daha bir sıra tədbirlər təşkil edilə bilər.

BƏƏ və Azərbaycanı biri-birinə bənzər edən mütərəqqi, təhlükəsiz, əlverişli yerləşmə mövqeyi və futuristik baxışa sahib olmaq kimi spesifik amillərin olduğunu nəzərə alsaq, aşağıdakılar əməkdaşlıq üçün yaxşı bir zəmin ola bilər:

• Bilik parkı təcrübəsinin mübadiləsi
• Tələbə / tədqiqatçı mübadiləsi imkanları
• Prioritet sahələr üzrə qarşılıqlı təlim proqramları





Pərvanə Sultanova
Azvision.az




Teqlər: Azərbaycan   BƏƏ   Təhsil  





Xəbər lenti