Ermənistanla sərhəddə atışma olub? Nazirlikdən maraqlı cavab

 Ermənistanla sərhəddə atışma olub?  Nazirlikdən maraqlı cavab
  06 İyul 2021    Oxunub:3043
“Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb”.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən sorğuya cavab olaraq bildirilib.

“Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər ”, - deyə MN-dən qeyd edilib.

Azvision.az


Teqlər: MN   Ermənistan  





Xəbər lenti