Həqiqəti deyən rus ziyalısı erməni propaqandasının hədəfində

   Həqiqəti deyən rus ziyalısı  erməni propaqandasının hədəfində
  07 İyul 2021    Oxunub:2122
Rusiyanın tanınmış jurnalisti, ictimai xadimi, yazıçısı və politoloqu, populyar “Svobodnaya pressa” saytının baş direktoru Zaxar Prilepin bu dəfə erməni təbliğat maşının hədəfinə çevrilib.
Azvision.az xəbər verir ki, Zaxar Prilepin Rusiya erməni diasporunun rəhbərləri başda olmaqla, erməni siyasətçilərini sərt tənqid atəşinə tutaraq, onların riyakarlıqlarını ifşa edib. Tanınmış rusiyalı siyasi xadimin sözləri ermənilərin nəzarətində olan KİV-lərdə geniş müzakirə mövzusuna çevrilib .

Prilepin məqaləsində yazıb ki , İkinci Qarabağ Müharibəsi zamanı acı məğlubiyyətlə üz-üzə qalan ermənilər qorxudan Putinə və Rusiyaya yalvarırdılar, indi isə Ermənistanda tamam başqa vəziyyət yaranıb.

“Ermənistana baxıram - televiziyadan bizə göstərməyə utandıqları Ermənistana və Rusiya ermənilərinin kollektiv vay-şüvənlərini xatırlayıram. “Putin, qoşun yerit! Yoxsa bu, xəyanət olacaq, bu xəyanəti erməni xalqı heç vaxt bağışlamayacaq!” Əlqərəz. Yoldaş Putin, qarşında şlyapamı çıxarıram o vaxt qoşun yeritmədiyinə görə. Çünki, erməni milləti Amerika səfirliyində yaşamağı arzulayır. Zaman gələcək o, Türkiyədə də yaşayacaq. Ermənilərə arzulamağı qadağan edə bilməzsən. Bir dənə də olsun, rus əsgərinin həyatı bunları qorumağa qurban verilməməlidir. Hər kəs yolunu özü seçir”,- Zaxar Prilepin özünəməxsus tərzdə erməni cəmiyyətinin ikiüzlüyünü təsvir edib.

Xatırladırıq ki, Zaxar Prilepinin bu yazısına erməni KİV-ləri və ekspertlərindən başqa, Ermənistanın Rusiyadakı səfirliyi də sərt bəyanatla cavab verib. Bəyanatda ermənilərin “qədimliyi” və “döyüşkənliyi” xüsusilə vurğulanıb.

Şahin Ömər
Azvision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti