Erməni elitasına diaqnoz: Xroniki depressiya

 Erməni elitasına diaqnoz:  Xroniki depressiya
  08 İyul 2021    Oxunub:1330
İkinci Qarabağ - Vətən müharibəsindən sonra Ermənistanda ictimai və siyasi xadamlərin dilindən hər gün deyilən acı etiraflar erməni cəmiyyətini şoka salır. Ermənilərin həmişə üzdə olan, tanınmış şəxslərinin son illər verdikləri məsuliyyətsiz bəyanatlara, Qarabağ haqqqındakı illüziyalarına diqqət yetirsək, bu cəmiyyətin artıq xroniki hal almış kütləvi psixoz xəstəliyini aydın sezə bilərik.
Müharibə zamanı tam gücü ilə işə düşən erməni yalan maşını bumeranq effekti verdi. Müharibədən sonrakı dönəmdə isə ordumuza əsir düşmüş diversantlarını az qala “sülh göyərçini” kimi bütün dünyaya təqdim etmək və Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaq cəhdləri də boşa çıxdı. Rəsmi Bakının vaxtında və düşünlümüş formada atdığı addımlar da erməni yalanının qarşısını aldı. Terrorçularla bağlı keçirilən məhkəmə prossesi bütün dünya mediasında işıqlandırıldı. Hər kəs bu əsirlərin vəziyyəti, onların müdafiəsi təmin edən vəkillərin bəyanatları, məhkəmə proseslərinin gedişi, şahidlərin ifadəsi barədə dolğun məlumat ala bilər.
Dövlət Departamenti: "Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq"

Məsələyə dünya ictimaiyyətinin ermənilərin özlərinin də gözləmədiyi bu soyuqqanlı münasibəti qonşu ölkənin siyasi elitasını fakt qarşısında qoyub. Bu dəfə öz ölkəsinin və cəmiyyətinin son ümidsizliyini həmişə yüksək fəallığı və Azərbaycana qarşı nifrəti ilə seçilən Naira Zöhrabyan dilə gətirdi:
- Sanki bütün dünya ictimaiyyəti Ermənstanın protektorata çevrilməsi ilə barışıb və bu məsələdə bütün dünya dövlətləri arasında konsensus mövcuddur. Artıq dünyanın böyük dövlətlərinin yuxarı kabinetlərində Zəngəzur dəhlizinin açılmasına yaşıl işıq yandırılıb və sentyabrda ərazimizdən Azərbaycan özü üçün dəhliz yaratmağa başlayacaq. Bu proseslər Ermənistanın müstəqilliyinin tam itirilməsi və protekorata çevrilməsi ilə nəticələnəcək. Bütün dünyanın kor gözləri qarşısında bizim uşaqlarımız (Azərbaycandakı əsir erməni diversantları - red.) müqavilələrin, sövdələşmələrin predmetinə çevrilib, - deyə Zöhrabyan bildirib.

Yəni erməni cəmiyyətindəki ruh düşgünlüyü artıq ölkənin öz “odlu-alovlu” antitürk çıxışları ilə məşhur olan siyasətçilərinə də sirayət edib.

Yuxarıda vurğuladığımız erməni cəmiyyətini əsarəti altına almış kütləvi psixoz xəstəliyinin Paşinyanın da imzaladığı üçtərəfli Bəyanatın digər müddəalarının da (Zəngəzur dəhlizinin işə düşməsi, Qazax rayonun işğalda olan 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azırbaycana qaytarılması və s.) yerinə yetirilməsindən sonra hansı həddə çatacağı isə çox maraqlıdır.

Şahin Ömər
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti