İctimai Televiziyada “Vətən sağ olsun 4. Zəfər- başlayır!”- VİDEO

İctimai Televiziyada “Vətən sağ olsun 4. Zəfər- başlayır!”- VİDEO
  06 İyul 2021    Oxunub:4659
Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri, İctimai Televiziya və "MZ" prodakşının təşkilatçılığı ilə həyata keçirilən “Vətən sağ olsun 4. Zəfər- başlayır!” layihəsinə start verilir.
Azvision.az xəbər verir ki, hərbi vətənpərvərlik layihəsi ötən il “Vətən Sağ Olsun”-3 Xüsusi Tapşırıq adı ilə gənclər üçün reallaşdırılmışdı. Layihə rəhbərləri bu ilki “Vətən sağ olsun 4. Zəfər- başlayır!”-da da gənclərə layihədə aktiv şəkildə iştirak etməyə səsləyib:

“Qəhrəmanlıqlardan ruhlanan Azərbaycan gənci. Zəfər həyəcanını, əsgər qürurunu yaşamaq sənin də haqqındır! Hərbi təcrübəsi olmayan, yaşı 18-23 arası olan, üzməyi bacaran gənclər. Bu dəfə Xəzərin suları və onun ucsuz-bucaqsız sahili sizin üçün əsl şücaət meydanı olacaq. Diqqət vaxt məhduddur! Qeydiyyat 12 iyul tarixinə qədər davam edəcək. Müraciət üçün " https://mzproduction.az/ "saytına daxil olub göstərilən bölmədə qeydiyyatdan keçmək lazımdır”.



Qeyd edək ki, artıq 4- cü dəfədir "Vətən sağ olsun" hərbi vətənpərvərlik layihəsi həyata keçirilir.

Azvision.az



Teqlər: Layihə  





Xəbər lenti