Rusiyada yeni diplomatik qalmaqal: FSB Estoniya konsulunu saxladı

   Rusiyada yeni diplomatik qalmaqal:    FSB Estoniya konsulunu saxladı
  06 İyul 2021    Oxunub:3085
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Estoniya konsulu Marta Lyatteni saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, o Sankt-Peterburqda məxfi xarakterli materiallar alarkən cinayət başında tutulub.

"Bu fəaliyyət diplomatik işçi statusu ilə uyğun gəlmir və Rusiyaya qarşı açıq şəkildə düşmənçilik xarakteri daşıyır",- həbslə bağlı yayılan məlumatda deyilib. Həmçinin bildirilir ki, diplomata beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş tədbirlər tətbiq ediləcək.

Xatırladaq ki, aprel ayında da Sankt-Peterburqda oxşar insident yaşanmışdı. Həmin vaxt FSB Ukrayna konsulu Aleksandr Sosonyuku saxlamışdı. O zaman qeyd edilirdi ki, diplomat Rusiya vətəndaşından məxfi xarakterli məlumatlar əldə etmək məqsədilə görüş keçirən zamanı saxlanılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Diplomat  





Xəbər lenti